Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


13.05.2018  10:08 

“Lotu Quli” Türkiyəni tərk edib





A+  A-

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifov Türkiyəni tərk edib.
XəzərNews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Rosbalt” məlumatlı mənbələr əsasında informasiya yayıb.

Mənbə onun Türkiyədən getməsini, Antalyada “qanuni oğru” Qayoza Zviadadzenin qətli ilə bağlı aparılan istintaqla əlaqələndirir.

“Rosbaltın” müsahibi Nadir Səlifovun İstanbuldan təyyarə ilə Birləşmiş Ərəb Əmirliyinə uçduğunu və onun bir müddət körfəz ölkəsində qalmağı planlaşdırdığını söyləyib.

İddiaya görə, o, tanışlarına səfərin “həm ziyarət, həm ticarət” məqsədi daşıdığını, bir yandan orada dincələcəyini, digər yandan Əmirlikdə öz fəaliyyəti üçün yeni perspektivləri araşdıracağını bildirib.

Habelə “Rosbalt”a görə, qarət və hədə-qorxu gəlməklə pul qoparmaqda ittiham olan Səlifov barədə eyni vaxtda iki Rusiya məhkəməsi – Samara və Moskvanın Presnensk məhkəmələrinin həbs qərarı çıxardığını nəzərə aldıqda, onun B.Ə.Ə səfərinin sadəcə istirahət məqsədi daşıdığı inandırıcı deyil.
Buna baxmayaraq “Lotu Quli” hələ ki, İnterpolun xətti ilə beynəlxalq axtarışa verilməyib.

Xəbər 1512 dəfə oxunub.




16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +