Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


16.04.2018  11:46 

Qazaxda qadını öldürmək istəyən şəxs saxlanılıb





A+  A-

Aprelin 14-də saat 4 radələrində Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Mehriban Nəsibovanın baş və bədən nahiylərindən çoxsaylı qırma xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Sevdimalı Abdullayev saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1535 dəfə oxunub.




16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +