“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


15.11.2017  19:45 

Təbii fəlakətlər dünyaya 188 milyard dollar zərər vurub





A+  A-

Bu ilin oktyabr ayına qədər baş verən təbii fəlakətlərin dünyaya vurduğu zərərin ümumi miqdarı 188 milyard 870 milyon dollara çatıb.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, təkcə bu il ərzində baş verən zəlzələlərin vurduğu zərərin miqdarı 11 milyard 730 milyon dollardır. 2017-ci ildə təbii fəlakətlərin ümumi sığorta təminatı 53 milyard 890 milyona, zəlzələnin sığorta təminatının miqdarı isə 2 milyard 780 milyona çatıb.

2016-cı ildə təbii fəlakətlərin vurduğu zərər 210 milyard dollar olmuşdu. Bu ilin sonuna qədər bu rəqəmin daha böyük olacağı gözlənilir. Ən çox zərər verən təbii fəlakətlər zəlzələ, su basqını və quraqlıq hesab edilir.

Son 3 ayda dünyada 5 böyük zəlzələ baş verib. Sentyabrda Meksika və Quatemala güclü zəlzələ ilə sarsıldı. Bölgədə baş verən təbii fəlakət 98 nəfərin ölümünə, 50 mindən çox tikilinin zərər görməsinə, 1 milyard 250 milyon dollar maddi itkiyə səbəb olub. 19 sentyabr Meksika zəlzələsində 370 nəfər ölüb. 10 oktyabrda Çilidə baş verən zəlzələnin gücü isə 6,3 bal idi.

12 noyabrda İraq-İraq sərhəddində baş verən 7,3 bal gücündə zəlzələ isə ilin ən dəhşətli fəlakətlərindən hesab olunur. İranda 6700 nəfər yaralandı, 407 nəfər dünyasını dəyişdi, 70 min nəfər evlərini tərk etmək məcburiyyətində qaldı. İraqda isə 255 nəfər yaralandı, 7 nəfər dünyasını dəyişdi. Zəlzələ Azərbaycan da daxil olmaqla 7 ölkədə hiss edildi.
Eyni gündə Kostarika 6,4 bal gücündə olan zəlzələ ilə sarsıldı.


Xəbər 1505 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +