Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


15.02.2017  14:52 

Artur Rasizadə Milli Məclisə hesabat verəcək





A+  A-


Hökumət mart ayında Milli Məclisə hesabat verəcək. Baş nazir Artur Rəsizadə deputatlar qarşısında çıxış edərək, Nazirlər Kabinetinin ötənliki fəaliyyətini müzakirəyə çıxaracaq.

XəzərNews.az bildirir ki, bu haqda Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

O qeyd edib ki, hesabat, tanışlıq üçün 20 gün əvvəl deputatlara paylanır:

“Hələlik o sənəd bizə verilməyib”.

Hesabat zamanı müzakirə ediləcək məsələlərə gəlincə, V.Əhmədov bildirib ki, bu, əsasən həyata keçiriləcək tədbirlərlə bağlı olacaq:

“Bildiyiniz kimi cənab Prezident İlham Əliyev 2016-cı il, dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Bunun icrası ilə əlaqədar hökumətin həyata keçirdiyi tədbirlər maraq doğurur. Ölkədə ciddi islahatlara start verilib. Azərbaycan Nazirlər Kabinetinin islahatları hansı istiqamətdə aparacağı ilə bağlı suallar çoxdur. Ümid edirəm ki, hökumətin hesabatında bu suallara aydınlıq gətiriləcək”.

 



Xəbər 2077 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +