Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


07.02.2017  11:07 

İlham Əliyevin görüşdən imtinasına YAP-dan DƏSTƏK





A+  A-


Azərbaycan prezidenti İlham Əliyevin ötən gün Brüsseldə Avropa Parlamentinin sədri Antonio Tajani ilə görüşməkdən imtina etməsi hakim partiyadan dəstək verilib.

XəzərNews.az-ın məlumatına görə, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mətbuatada gedən məlumatlara görə, prezidentin Avropa Parlamentinin sədri ilə görüşməkdən imtina etməsinin səbəbi bu qurumun Azərbaycana qarşı bir qayda olaraq qeyri-obyektiv mövqe tutması ilə bağlıdır: “Hətta qərəz o səviyyəyə gəlib çatır ki, ölkə başçısının Brüsseldə səfərdə olduğu vaxtda Avropa Parlametində Azərbaycan əleyhinə dinləmələr keçirilir. Xaricdən maliyyələşən, antiazərbaycan mərkəzlərinin nümayəndələri ilə Avropa Parlamenti sədrinin görüşü nəzərdə tutulur. Şübhəsiz ki, özünün ləyaqətinə hörmət edən heç bir dövlət belə olan halda həmin strukturun rəhbəri ilə görüşə getməz.

Görüş hər iki tərəfinin bir-birinə hörmətinin, yaxşı münasibətdə olmasının marağını ortaya qoymasının bir göstəricisidir. Bu təkcə protokol tədbiri olmayıb eyni zamanda münasibətləri daha da yaxşılaşdırmaq üçün unikal bir imkandır. Cənab prezidentin dünən Brüsseldə keçirdiyi görüşlər Avropa Birliyinin Azərbaycanla münasibətlərə çox böyük maraq göstərdiyini göstərir.

Avropa Parlamenti isə hələ bunu görə bilmir. Baxmayaraq ki, qurumun rəhbərliyi də dəyişdi. Çox istərdik ki, bundan əvvəlki kimi Azərbaycanı daim neqativ şəkildə dünyaya təqdim etmək əhval ruhiyyəsi Avropa Parlameti rəhbərliyinin gündəlik iş fəaliyyətindən çıxarılsın”.



Xəbər 1620 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +