Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi
O insanlar da bizim qardaşımızdır - VHP sədri
Xətaidə “qadın türməsi“nin yerində nə tikilir?
Kolleclərdə “Müəllimlik” ixtisası ləğv EDİLİR


17.04.2019  15:32 

Nazir müavininin inanılmaz sərvəti ortaya çıxdı





A+  A-

Nazir müavininin inanılmaz sərvəti ortaya çıxıb.
XəzərNews.az xəbər verir ki, bu barədə xəbər "Unikal” qəzetinin bugünki sayında dərc edilib.Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev böyük var-dövlətə sahibdir. Bu barədə Unikal qəzetinin redaksiyasına daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, nazir müavini Bakıda – Milli Dənizkənarı Parkla üzbəüz inşa edilmiş yeni yaşayış binasının bütöv bir mərtəbəsini satın alıb. Ümumilikdə 1000 kv.metr sahəyə malik bu mərtəbədə mənzillə bərabər, sauna, eləcə də bilyard və tenis zalı da yerləşir.

Y.Musayevin paytaxtdakı dəbdəbəli daşınmaz əmlakı bununla da kifayətlənmir. O, Bakı Univermağının yanında və paytaxtın "Tarqovı" adlanan mərkəzi hissəsindəki yeni binaların hər birində də bütöv bir mərtəbəyə sahibdir. Bundan başqa Badamdarda lüks villası olan nazir müavininin Nabran, Şamaxı və Buzovnada mənzərəli yerlərində də təmtəraqlı mülklərə sahib olduğu bildirilir.

Türkiyədə otelinin olduğu deyilən Y.Musayev qardaş ölkənin bank hesablarında da yüksək məbləğdə vəsaitə malikdir. Dubayda da obyektlərinin olduğu deyilən nazir müavininin həm bu şəhərdə, həm də Türkiyədəki biznesini İlqar adlı qayını vasitəsilə idarə etdiyi də gələn məlumatlar arasındadır.
Y.Musayevlə bağlı olan məlumatlar arasında onun ölkədən müxtəlif vaxtlarda nağd pul çıxardığına dair iddialar da yer alır.

Nazir müavininin oğlunun dəbdəbəli həyatı da diqqət çəkicidir. "O xeyli sayda bahalı avtomobilləri ilə öyünür, qız dostlarına ev hədiyyə etməsi ilə tanınır, əyləncəyə meyllidir. İlin çox hissəsini Dubayda bu cür əyləncələrdə keçirir".

Xatırladaq ki, 60 yaşlı Y.Musayev 2006-cı ildən müdafiə sənayesi nazirinin müavini postunu tutur. Onun məhz bu posta təyin edildikdən sonra sürətlə varlanmağa başlaması isə xüsusilə diqqətçəkicidir.

Xəbər 1904 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri

06.02.2025  11:11 

Rusiyaya məxsus aerodrom vuruldu


BÜTÜN XƏBƏRLƏR +