Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi
O insanlar da bizim qardaşımızdır - VHP sədri


16.04.2019  16:27 

Direktor “Quska”nın üzünə durdu: “Almaniyadan zəng elədi, bərk qorxdum”





A+  A-

Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin məhkəməsi davam edib.
XəzərNews.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qisimində Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov dindirilib.

Direktor deyib ki, H. Abdullayev ona təzyiq edib: "Obyektini kirayə götürmüşdüm. Elə oldu ki, icarə haqqını bir az gecikdirdim. Bundan sonra Hüseyn mənə Almaniyadan zəng elədi. Dedi ki, icarə haqqını ödəməsən, başına oyun açacam. Bərk qorxdum. Bu baxımdan özümü zərərçəkmiş hesab edirəm. İcarə haqqını isə sonradan ödədim".


Digər zərərçəkən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində maliyyəçi vəzifəsində işləmiş Rəcəb Rəcəbov isə H. Abdullayevdən şikayətçi olmadığını deyib.

Proses aprelin 18-də davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.

Xatırlaqdaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.

Xəbər 1896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri

06.02.2025  11:11 

Rusiyaya məxsus aerodrom vuruldu


BÜTÜN XƏBƏRLƏR +