Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi
O insanlar da bizim qardaşımızdır - VHP sədri
Xətaidə “qadın türməsi“nin yerində nə tikilir?
Kolleclərdə “Müəllimlik” ixtisası ləğv EDİLİR


10.04.2019  15:17 

Deputatımızın Berlində milyonluq restoranı var? - FOTOLAR





A+  A-

Azərbaycan Milli Məclisinin üzvü, 39 saylı Kəpəz birinci seçki dairəsindən deputat seçilmiş Xanlar Fətiyevin Almaniyada milyonluq restoranının olduğu iddia edilir.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə BakuBost.az-a məlumat verən mənbə bildirir ki, Almaniyanın paytaxtı Berlinin mərkəzi küçələrindən (Bakının "Torqovı” küçəsi kimi) olan Kudamda (Kurfürstendamm 151 ünvanında) Xanlar Fətiyevə məxsus bahalı restoran yerləşir.



Mənbə iddia edir ki, "Brasil Brasileiro” adlı restoran azərbaycanlı deputat Xanlar Fətiyevə məxsusdur. Onun sözlərinə görə, yerləşdiyi yer və məkanın lüks şəraitini nəzərə aldıqda, buranın qiymətinin bir neçə milyon manat olduğunu rahatlıqla iddia etmək mümkündür.

Məsələ ilə bağlı münasibətini öyrənmək istədiyimiz deputat Xanlar Fətiyev Bakupost.az-a açıqlamasında deyib ki, adıçəkilən restoranı tanıyır və orada olub: "Mən dünyanın müxtəlif ölkələrində, müxtəlif restoranlarda olmuşam. "Brasil Brasileiro” restoranında da olmuşam. Berlində, Kudamda yerləşir. Çox gözəl restorandır. İstəyərdim, mənim olsun, ancaq o restoran mənim deyil və mənə heç bir aiddiyəti yoxdur”.





Xəbər 2027 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri

06.02.2025  11:11 

Rusiyaya məxsus aerodrom vuruldu


BÜTÜN XƏBƏRLƏR +