Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi
O insanlar da bizim qardaşımızdır - VHP sədri
Xətaidə “qadın türməsi“nin yerində nə tikilir?
Kolleclərdə “Müəllimlik” ixtisası ləğv EDİLİR


18.01.2019  13:41 

Zamirə Hacıyevanın 49 milyonluq əmlakı müsadirə oluna bilər





A+  A-

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 22 milyon funt sterliq (təxminən 49 milyon AZN) dəyərindəki əmlakı müsadirə edilə bilər.
XəzərNews.az Britaniya KİV-ə istinadən xəbər verir ki, əgər Z.Hacıyeva sərvətinin maliyyə mənbəyini açıqlamaqdan yenə imtina edərsə, Britaniya məhkəməsi onun Naytrcbricdəki 11,5 milyon funt sterlinq dəyərindəki evi və Askotdakı 10,5 milyon funt sterlinq dəyərindəki qolf-klubuna da həbs qoya bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Zamirə Hacıyevanın dəyəri 1 milyon funt sterlinqdən ( təxminən 2 milyon manat) baha olan brilliant üzüyü İngiltərə polisi tərəfindən müsadirə edilib.

Bundan əvvəl isə onun 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarına həbs qoyulmuşdu.

Son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərclədiyi üçün mühakimə edilən 55 yaşlı Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Noyabrın 8-də isə London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb.



Xəbər 1645 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri

06.02.2025  11:11 

Rusiyaya məxsus aerodrom vuruldu


BÜTÜN XƏBƏRLƏR +