Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi


14.06.2018  13:26 

“Azəravtoyol“dan sahibkarlara 25 min manatlıq “tələb“ - ŞİKAYƏT





A+  A-

Babək prospektində fəaliyyət göstərən bir qrup sahibkar "Azəravtoyol"dan şikayətçidir.
XəzərNews.az-ın xeber.org-a istinadən verdiyi məlumata görə, onların şikayəti dövlət qrumları tərəfindən işlərinə qeyri-qanuni müdaxilə ilə bağlıdır.

Şikayətin məzmununa keçməzdən öncə bildirək ki, paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik olan Babək prospektinin yenidən qurulması çərçivəsində uzunluğu 8.7 km olan prospektin asfalt örtüyü ilə yanaşı su və kanalizasiya sisteminin də yenilənəcəyi nəzərdə tutulub. İlk baxışda bu təqdirəlayiq bir addımdır. Amma prosesin gedişi bu ərazidə fəaliyyət göstərən sahibkarlar üçün ciddi problemlər yaradıb. Yolda aparılan təmir prosesi zamanı bir sıra ictimai-iaşə obyektlərinin bazarı "ölüb”. Onlarla avtomobil təmiri sexləri, mebel mağazaları və sairə obyektlər aylarla davam edən qazıntı işləri zamanı müştərisiz qaldığından müflis duruma düşüb. Amma təmir başa çatdıqdan sonra da sahibkarların problemi həll olunmayıb.

Redaksiyaya müraciət edən sahibkarlar bildirir ki, yolda təmir işi aparan "Azəravtoyol" ASC obyektlərin qarşısına asvalt döşəmə vurmaq üçün sahibkarlardan pul tələb edir. Əsas kimi isə bu göstərilir ki, bu obyektlərin qarşısı Azərsu ASC-nin su və kanalizasiya sistemini yenilədiyi zaman dağılsa da, təmir etmək "Azəravtoyol"un borcu deyil. Həmin ərazdə yolun asvaltlanması üçün təxminən 25 min manat vəsait tələb olunur. Aylarla davam edən təmir prosesində onsuz da ciddi ziyan çəkən sahibkarlar üçün isə belə bir məbləği toplamaq tamamilə iflas olmaq deməkdir.

Sahibkarlar problemlə bağlı ölkə rəhbərinə də müraciət ünvanlayıblar.

Xəbər 2384 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri


BÜTÜN XƏBƏRLƏR +