Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ


24.03.2018  10:38 

20 aydır dəyişdirilə bilməyən Bayraq - Müəmma davam edir





A+  A-

2017-ci ilin avqustunda Dövlət Bayrağı Meydanından müəmmalı şəkildə sökülən bayraq hələ də yerinə asılmayıb.
Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. 2007-ci il 30 dekabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Meydanın təməli qoyulub. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olub.

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Qeyd edək ki, bir müddət öncəyədək Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır. Bayrağın çəkisi yaş halda artır. Bayraq dirəyi pyedestal üzərində yerləşirdi. Pyedestal prezident İlham Əliyevin şəxsi ideyasına uyğun olaraq, səkkizgüşəli ulduz formasında tikilib.

Ümumilikdə bayrağı dəyişmə prosesi - 16-17 dəqiqə çəkirdi. Budəfəki müəmmalı “bayraq dəyişmə” prosesi isə hələ ki, 1 il 8 aydır davam edir...

Artıq “texniki baxış “adı altında aparılan yoxlamalar zamanı ərazinin sürüşmə zonası olduğunun aşkara çıxmasına heç kimin şübhəsi yoxdur. Hətta kənardan baxanda meydanda nəzərəçarpacaq çatların yarandığını da müşahidə etmək mümkündür. Bu səbəbdən də meydanın köçürülməsinə qərar verildiyi bildirilir.

Yeni Bayraq Meydanının keçmiş “Sovetski” ərazisində yaradılacağı gələn məlumatlar sırasındadır.

XəzərNews.az xəbər verir ki, bir müddət əvvəl məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov Modern.az-atexniki baxışın yekunlaşmadığını, bayrağın yerinə nə vaxt asılacağı barədə məlumatının olmadığını açıqlayıb:

“Bayraq meydanın yerinin dəyişdirilməsilə bağlı bizdə məlumat yoxdur”.

Yasamal rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov isə Modern.az-a “Sovetski”də yeni Bayraq Meydanının yaradılacağı barədə məlumatsız olduğunudeyib.

Məlumatlı mənbənin verdiyi məlumata görə, meydandakı problemlərin aradan qaldırılması üçün xaricdən mütəxəssislər cəlb edilib. Aparılan araşdırmalar zamanı milyonlarla vəsait sərf edilərək yaradılan ərazinin bayraq meydanı kimi qalmasının təhlükəli olduğu müəyyənləşib...

Xəbər 2459 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri


BÜTÜN XƏBƏRLƏR +