Bu kollecdə tələbələrdən 350-500 manat pul alınır - İddia
Paşinyan sülhdən danışdı
Məmməd Musayev vəzfəzindən kənarlaşdırıldı
Arvadımın çılpaq videolarını yaydı - Məhkəmə
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib
Naxçıvanda 46 milyon manatlıq pozuntu aşkarlandı
Ukrayna Kursku pilotsuz təyyarələrlə vurdu
Sahibkar xanım nazirliyin qarşısında özünü yandırmağa cəhd edib
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Tanınmış əyləncə klubunun fəaliyyəti dayandırıldı


30.11.2018  15:48 

Bakıda yerüstü metro tikiləcək





A+  A-

Tramvay avtobusa nisbətən daha keyfiyyətli nəqliyyat növüdür. Ancaq müasir tramvay sisteminin tikintisi kifayət qədər baha başa gəlir.
XəzərNews.az xəbər verir ki, bu fikirləri Media.Az-a açıqlamasında Azərbaycan Milli Avtomobil klubunun şəhər nəqliyyatı üzrə mütəxəssisi Hüseyn Abdullayev deyib.

Onun sözlərinə görə, onlar 300-dək sərnişin daşıya bilir, yüksək sürəti var və bütün lazımi avadanlıqla təchiz olunub.

“Müqayisə üçün qeyd edim ki, bir metro xəttinin tikintisi tramvay xəttinin tikintisindən baha başa gəlir. Buna görə də mən tramvayların bərpa edilməsini dəstəkləyirəm. Bundan başqa, Bakıda müasir, sürətli nəqliyyat sisteminin tikintisi hər cür şərait var”, - H.Abdullayev bildirib.

Ekspert elektrik qatarlarının bərpası məsələsinə də toxunub:

“Bu ilin martında Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərətrafı dəmir yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Artıq elektrik qatarları üçün dəmiryolu xətlərində yenidənqurma işləri aparılır. Belə ki, Bakı dairəvi dəmir yolu xətti üzrə, eləcə də, Maştağa qəsəbəsi, Bağlar massivi, Zirə və Hövsan istiqamətlərində hərəkətlərin bərpası planlaşdırılır.

Xatırladaq ki, yayın sonunda Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev demişdi ki, Bakının Baş planı çərçivəsində müvafiq dövlət strukturları ilə birlikdə tramvay xətlərini bərpası ilə bağlı müzakirələr aparılacaq. Faktiki olaraq ikinci olacaq, ancaq yerüstü metro şəhərin bütün nəqliyyat sistemi üçün olduqca əlverişlidir”.

Xəbər 2194 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +