Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


02.03.2021  20:03 

ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi





A+  A-

ABŞ Ticarət Nazirliyi həbsdə olan rusiyalı müxalif bloger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilatı “qara siyahı”ya salıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib. Onun sözlərinə görə, bunlardan 13-ü kommersiya şirkətidir ki, 9-u Rusiyada, 3-ü Almaniyada, 2-i İsveçrədə fəaliyyət göstərir. Həmçinin, Rusiyanın dövlət tədqiqat institutlarından birinə də sanksiya tətbiq olunub.

“Bu şirkətlərin hamısı bioloji silah və kimyəvi silah elementlərinin istehsalının müxtəlif aspektlərində iştirak edirlər”, - deyə administrasiya rəsmisi bildirib.

Qeyd olunub ki, bu təşkilatlarla əlaqəli məhsulların hər hansı bir ixracı və təkrar ixracı ABŞ-ın "imtina fərziyyəsi" lisenziyalaşdırma rejiminə tabe olacaq.

ABŞ həmçinin, 7 nəfər Rusiya məmuruna qarşı da maliyyə sanksiyaları tətbiq edib.

İdarə rəsmisinə görə, siyahıda olanların ABŞ yurisdiksiyasında tapıla biləcək bütün əmlakları bloklanacaq.

"Bundan əlavə, bu şəxslərlə əməliyyatlara əhəmiyyətli dərəcədə kömək edən hər hansı bir əcnəbi də sanksiyalara məruz qalacaq", deyə ABŞ rəsmisi deyib.

Xəbər 2423 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +