İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı
Kurskda 8 rus əsgəri əsir götürülüb - Video
Zorlama və cinsi zorakılıqda ittiham olunur...
Bir ayda 1800-dən çox ailə dağılıb - Azərbaycanda
Keçmiş Baş prokuror və “əvəzolunmaz” müavini nə işlə məşğul olur?
Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ


04.04.2020  13:17 

Karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələndi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 03.04.2020-ci il saat 08:00-dan 04.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
BDYPİ-dən XəzərNews.az-a verilən məlumata görə, 03.04.2020-ci il saat 08:00-dan 04.04.2020-ci il 08:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 15-i rayon, 111-i paytaxt istiqamətinə olmaqla 126, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 4-ü rayon, 31-i paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 48-i rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 108, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 180 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 750 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1 199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2 189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək 18 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xəbər 1904 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?

17.03.2025  11:30 

Prezident ONLARI qəbul etdi

17.03.2025  11:26 

Tramp sabah Putinlə danışacaq


BÜTÜN XƏBƏRLƏR +