Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...


12.04.2021  16:28 

2731 əlilliyi olan şəxsə reabilitasiya vasitəsi verilib





A+  A-

2021-ci ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2731 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.
XəzərNews.az-a verilən məlumata görə, onlardan 443-ü ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Yanvar-mart aylarında əlilliyi olan şəxslərə bir hissəsi mühərrikli olan 282 təkərli oturacaq, 325 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 194 aşağı və yuxarı ətraf ortezi, 3565 müxtəlif reabilitasiya vasitəsi, 31 bel və boyun nahiyəsi üçün korset, 643 cüt protez ayaqqabı, 636 cüt ortopedik ayaqqabı, dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 653 qoltuqaltı və dirsəkaltı ağac, 636 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

Ümumilikdə, son 3 ayda 2731 əlilliyi olan şəxsə 11212 reabilitasiya vasitəsi verilib.

Xəbər 1870 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +