Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...


05.10.2019  18:46 

İnsanı 10 yaş cavanlaşdıra biləcək məhsullar açıqlandı





A+  A-

Tibb işçiləri insanı 10 yaş cavanlaşdıra biləcək məhsulları açıqlayıb. Mütəxəssislər əmindir ki, düzgün seçilmiş qida rasionu gözəllik və sağlamlığın rəhndir.
XəzərNews.az-ın “MedikForum”a istinadən bildirir ki, ekspertlər cavanlaşmaya kömək edən səkkiz məhsulun adını açıqlayıb. Bir qayda olaraq, onların hamısının tərkibində faydalı mikroelementlər var. Siyahıda ilk yeri tünd şokolad tutub. O, dərinin vəziyyətində yaxşı təsir edən flavonid və antioksidantlarla zəngidir. İkinci yerdə tərkibində polifenol və kollaqen olan yaşıl çay qərarlaşıb.

Bundan əlavə, mütəxəssilər hesab edir ki, kofe də orqanizmin vəziyyətinə müsbət təsir göstərə bilər. Onların sözlərinə görə, onun tərkibində olan birləşmələr dərini melanomadan qorumaqda kömək ola bilər. Lakin, tibb işçiləri qeyd edir ki, burada içkinin keyfiyyəti böyük önəm kəsb edir.

Ekspertlər deyir ki, cavanlığını qorumaq istəyənlər avokado, pomidor, qara qarağat və qarpıza üstünlük verməlidir. Avokado sellüloza, kalium və yağ turşuları ilə, pomidor isə likopinlə zəngindir. Qara qarağatında da tərkibində çoxlu vitamin var. O, dərini daha hamar və hətta ağarda bilər. Bir də, tibb işçiləri deyir ki, rasiona balıq, xüsusi ilə də omeqa-3-lə zəngin olan qızıl balığı əlavə etmək lazımdır.

Xəbər 1630 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +