Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...


18.12.2017  15:12 

“Qara siyahı”dakı KİV-lər + SİYAHI





A+  A-

Mətbuat Şurası “qara siyahı”ya daxil etdiyi nəşrləri “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozmaqda, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm verməməməkdə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşmaqda, səhifələrində insanların şərəf və ləyaqətini aşağılamaqda günahlandırır. Bu istiqamətdə mütəmadi olaraq iclaslar keçirilir və siyahı yenilənir.
Mətbuat Şurasının “qara siyahı”sındakı son vəziyyət necədir?
XəzərNews.az bildirir ki, bununla bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az-a danışıb.

“Əlbəttə, bu il də Mətbuat Şurası kifayət qədər aktiv şəkildə işləyib. Həm Şikayətlər üzrə Komissiya, həm də Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyası işlərini davam etdiriblər. Hər ay onların toplantısı keçirilib və xeyli müraciətlərə, şikayətlərə baxılıb. Müraciətlərin bir qismi yerindəcə həll olunub və barışıq əldə edilib, yaxud media qurumları verilən rəyləri nəzərə alıb.

Bəziləri isə Mətbuat Şurasının rəyləri ilə hesablaşmayıblar, öz neqativ əməllərini davam etdiriblər. Onların adı Mətbuat Şurasının “qara siyahı”sına daxil edilib. Bu baxımdan 2017-ci ildə də xeyli KİV qurumunun adı həmin siyahıya əlavə olunub”.

M.Ələsgərli qeyd edib ki, 2017-ci ildə adları “qara siyahı”dan çıxarılan KİV nümunələri yoxdur:

“Hazırda “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə 91 nəşrin adı “qara siyahı”da qalır. 2017-ci ildə 9 KİV-in adı “qara siyahı”ya daxil edilib. Bunlardan yalnız biri qəzetdir, qalanları saytdır. (“Obyektiv.org” saytı, “Korrupsiyaya yox” qəzeti, “Aztoday.az” saytı, “Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı, “Dünyapress.com” saytı, “Nia.az” saytı, “Reallıq.info” saytı, “Qanunxəbər” İnformasiya Agentliyi (“Qanunxeber.az” saytı) və “Xalqınsesi.com” saytı)”.

Xəbər 1375 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +