Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


12.01.2025  21:33 

Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU: Yarım milyonluq DƏLƏDUZLUQ





A+  A-

Bakıda sahibkara çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək ona qarşı dələduzluq edən şəxsin cinayət işinin bəzi detalları məlum olub

Xəzərnews.az Lent.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında "Azland Residence" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F saylı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.

O, Azadxan Allahqulu oğlu Xanməmmədova özünü Azərbaycanın dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu, eləcə də özünü Azərbaycan Respublikasının ali kateqoriyalı orqanının yuxarı vəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.

"Alliance Plaza"dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmedovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa yolla 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini alıb.

Daha sonra təqsirləndirilən şəxs tikiləcək çoxmənzilli yaşayış binasının eskiz layihəsinin çəkilməsinin zəruri olduğunu və həmin eskizi çəkdirəcəyinə inandıraraq Azadxan Xanməmmədovdan 6 min manat alıb.

Beləliklə, Aydın Cəfərov etibardan sui-istifadə etmə yolu ilə Azadxan Xanməmmədova məxsus 506.000 manat məbləğində pulu mənimsəyərək ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, iş adamı Azadxan Xanməmmədovun adı mediaya yad deyil. O, dəfələrlə bu kimi mövzularla mətbuatın gündəmə gəlib. A.Xanməmmədov bir neçə il əvvəl "Safastore" mağazasına basqın təşkil etdiyi üçün həbsdə yatıb.

Xəbər 1678 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +