Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH
Paşinyan Vaşinqtonda Əliyevlə saziş imzalayacaq?
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var


13.07.2017  12:39 

Sabaha olan hava PROQNOZU





A+  A-

Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

İyulun 14-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Xəbər 3036 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +