İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


08.01.2022  16:24 

“Bəlkə, senzura yenidən qayıdır?“ - Şahbaz Xuduoğlu





A+  A-

"Yanvar ayının 1-dən Vergilər Məcəlləsinə əsasən, kitablar ƏDV-dən azaddır. Amma, gərək o kitabların siyahısını Nazirlər Kabineti təsdiq etsin”.

XəzərNews.az xəbər verir ki, bunu “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib:

O, Vergilər Xidmətinə müraciət etdiklərini qeyd edib: “Proseduru bilən yoxdur. Nazirlər Kabinetində də həmçinin. Bir yol qalır, köhnə qaydalarla kitabları nəşr etmək. Hələ onu demirəm ki, o siyahı necə tərtib olunacaq? Kim tərtib edəcək? Bəs, görəsən, bunun mənası nədir? Bəlkə, senzura yenidən qayıdır? Onda bəs necə olacaq?!”

Qeyd edək ki, 3 dekabr 2021-ci ildə keçirilən Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Dəyişikliklə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.



Xəbər 1636 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +