Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


17.04.2017  23:46 

İki qəbul imtahanı... - Şagirdlər üçün çətin, yoxsa asan sınaq?





A+  A-

Bu il abituriyentlər orta məktəbi bitirməmiş ali məktəbə imtahan verəcəklər.
XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin ilk dəfə tətbiq etdiyi bu üsul bir sıra suallar doğurur. Aprel ayının 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək. Halbuki, həmin müddətədək orta məktəb proqramı tamamlanmır.

Dövlət İmtahan Mərkəzindən isə bildirilər ki, imtahandakı suallar bütün proqramı əhatə edir. Yəni həmin imtahanda şagirdlər keçmədikləri dərslərdən də suallarla qarşılaşa bilərlər.

Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bunu belə izah edir ki, əslində ilk imtahan abuturiyentlər üçün bir fürsətdir. Yəni onların tədris proqramını tam bitirdikdən sonra da ikinci imtahanda iştirak etmək şansı var.
Digər bir məsəələ isə buraxılış imtahanlarının əhəmiyyəti ilə bağlıdır. Tutaq ki, bir abituriyent birinci qəbul imtahanında yüksək bal toplayıb. Onun buraxılış imtahanındakı nəticələrinin bir əhəmiyyəti qalırmı?

Xanlar Xanlarzadə deyir ki, buraxılış imtahanının nəticələri ixtisas seçimi zamanı lazım olur. Belə ki, abituriyentlərin eyni bal topladıqları halda ixtisas seçimində onların orta məktəb nəticələri nəzərə alınır.

Attestat isə artıq qəbul olunduqdan sonra universitetlərdə qeydiyyata düşən zaman tələb olunur.
Digər tərəfdən, birinci imtahanda iştirak edən abituriyentlərin sınaq imtahanında iştirak etmək şansı yoxdur.

Belə ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi birinci sınaq imtahanı may ayının 27-də, ikinci isə iyun ayının 11-də baş tutacaq.

Xanlar Xanlarzadə deyir ki, sınaq imtahanları ikinci qəbul imtahanında iştirak edənlər üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, hər bir abuturiyentin ikinci imtahanda iştirak etmək hüququ var, burada da heç bir ziddiyyətli məqam qalmır.

Digər bir sual isə ixtisas seçimi ilə bağlıdır. Belə ki, abituriyentlər aprelin 30-dakı ilk imtahanın nəticələrini əvvəlcədən bilsələr də, ixtisas seçimi ikinci imtahandan sonra olacaq.

İki dəfə imtahanın keçirilməsi, əslində abituriyentlərə öz nəticələrini yaxşılaşdırmaq fürsəti verir. Sadəcə olaraq hər iki imtahanda iştirak edənlər üçün ikinci imtahan ödənişlidir.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçirləcək.


Xəbər 2893 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +