Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


16.11.2023  15:57 

Qanunsuz ov edən dörd nəfər saxlanıldı





A+  A-

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarabucaq kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən dörd nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Xəzərnews.az-a verilən məlumata görə, aparılan araşdırmalarla onların kənd sakinləri C.Bünyətov, F.Bünyətov, Göyçay rayon sakinləri – Q.Mahmudov və C.Mahmudov olduqları müəyyən edilib.

Həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd "İJ" markalı ov silahı və qanunsuz olaraq ovlanmış 3 ədəd dovşan aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən digər bir tədbir zamanı isə rayonun Pirili kənd sakini İ.Kərimovdan bir ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Xəbər 927 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +