Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


24.06.2022  15:41 

“Azərsu“ “əməkdaş“ı tutuldu - VİDEO





A+  A-

Abşeron rayonu Xırdalan şəhərində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, şikayətlər əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı qeyd edilən qanunsuz hərəkətlərə yol verən Rəfail Əsgərov tutulub.

Araşdırma zamanı onun Xırdalan şəhərində bir neçə şəxsi bu yolla aldadaraq onlardan müxtəlif məbləğlərdə pul aldığı məlum olub. Faktlarla bağlı Rəfail Əsgərov barəsində toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə iki ay müddətinə inizbati qaydada həbs edilib.

Qeyd edək ki, Rəfail Əsgərov bundan əvvəl də Gəncə şəhəri və paytaxtın Nizami rayonunda eyni əməllər etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilmişdi. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.



Xəbər 1758 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +