“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


02.05.2018  12:09 

Azərbaycandakı vəkillərin sayı açıqlanıb





A+  A-

Mayın 2-də “Hyyat Regency” mehmanxanasında ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 90 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının dəstəyi ilə təşkil olunub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və gələcək planlardan danışıb.

Sonra peşə fəaliyyətinə buraxılan 90 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içib. Onlara Vəkillər Kollegiyası üzvünün vəsiqələri təqdim edilib.

İclasda, həmçinin Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, vəkil Eleonora Rəcəbovaya Rusiya Vəkillər Gildiyasının rəsmisi tərəfindən bu qurumun mükafatı olan “Rusiyanın fəxri vəkili” döş nişanları təqdim olunub.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki ölkəmizdə ilk dəfə vəkillərin sayı 1000 nəfəri ötüb. Hazırda Azərbaycanda 1039 vəkil fəaliyyət göstərir.

Hazırda Vəkillər Kollegiyasına üzvlərin qəbulu prosesinin davam etdiyini deyən A.Bağırov vurğulayıb: “Çalışırıq ki, bu iş davamlı olsun. Ümid edirəm ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı xeyli artacaq. Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu məsələləri daim diqqət mərkəzində saxlayır. Bu gün and içən namizədlərin tam əksəriyyəti - 80 faizi 40 yaşınadək olan hüquqşünaslardır. Bu, onu göstərir ki, gənc hüquqşünaslar vəkilliyə böyük maraq göstərirlər. Bu da çox sevindirici haldır”.

Xəbər 1452 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +