“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


17.01.2025  10:51 

“Xalq Bank”dan böyük həcmdə vəsait çıxarılıb





A+  A-

“Xalq Bank” 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.

“Xalq Bank”ın xalis mənfəəti 2023-cü illə müqayisədə 26.2% artaraq 65,7 milyon manata yüksəlib. Bununla belə 2024-cü ildə bank kiçilib.

Belə ki, ötən il bankın aktivləri 0.4% və ya 13.7 milyon manat azalaraq 3,068 milyard manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.3% və ya 60.2 milyon manat artaraq 1,89 milyard manata çatıb.

“Xalq Bank”ın aktivləri ilə yanaşı, cəmi öhdəliklərində də azalma müşahidə edilib. Bu il yanvarın 1-nə bankın cəmi öhədlikləri 2,56 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 0.8% və ya 20.4 milyon manat azdır.

Hesabat dövründə “Xalq Bank”dan 315 milyon manatdan çox depozit geri çəkilib. Belə ki, ötən il bankın depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 315 milyon 609 min manat azalaraq 1 milyard 905,4 milyon manata enib. 2023-cü ildə bu rəqəm 2 milyard 220,9 milyon manat təşkil edib. Başqa sözlə, bank bir ildə depozit portfelinin 14,2%-ni itirib.

2025-ci il yanvar ayının 1-nə “Xalq Bank”ın cəmi kapitalı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% və ya 6.7 milyon manat artaraq 510,99 milyon manat təşkil edib./“Yeni Sabah”



Xəbər 1970 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +