Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


28.01.2024  00:26 

Məhəbbət Kazımovun anım günüdür





A+  A-

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib.

Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , “Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillər əzbəridir.

Mərhum sənətkarın anım günü ilə əlaqədar Modern.az onun oğlu Rəşid Kazımovla əlaqə saxlayıb.

O bu gün ailəsi ilə birlikdə atasının məzarını ziyarət etdiyini deyib:

“Artıq atamın vəfatından 10 il keçir. Bu gün ailəmizlə məzarını ziyarət etdik. Az öncə qəbir üstündə idik. Baxırıq, sanki dünən olmuş kimi hiss edirik. Onu ziyarətə atamın sənət yoldaşları, başqa qohumlarımız da gəlmişdi. Evdə, iş yerimizdə ehsan süfrəsi açdıq. Atamı yad edən təkcə övladları, yaxınları deyil, həm də onu sevən pərəstişkarlarıdır.

2014-cü ilin yanvarın 27-də təkcə ailəmiz üçün deyil, bütün Məhəbbəti sevənlər üçün çox çətin oldu. Atam Xırdalan qəbiristanlığında dəfn olunub. Yadımdadır ki, dəfn zamanı onun ölümünü eşidənlər maşınları, avtobusları saxlayıb dəfnə gəlmişdilər. Çox sevilirdi. Atam gözəl ailə başçısı idi. Zamanı olduqca çalışırdı ki, bizimlə vaxt keçirsin. Sərt xarakterli insan olsa da, eyni zamanda çox səmimi insan idi”.



Mərhum sənətkarın oğlu atasının ən böyük arzusundan danışıb:

“Məncə, atamın ən böyük arzusu Laçına getmək idi. O, ömür boyu bütöv Azərbaycan, Qarabağ haqqında düşünüb. Vətənsevər bir insan idi. Laçına getməyi çox istəyirdi. Laçınla bağlı xatirələri yadına düşəndə, kövrəlirdi”.

Rəşid Kazımov bildirib ki, o da Laçına köçüb orada yaşamaq istəyir:

“Nəsil-kökümüz ora gedəcək. Mən burada tək qala bilmərəm. Özümün də ən böyük istəyidir ki, gedib oralarda yaşayım”.

Xəbər 1023 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +