Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


10.11.2021  17:37 

Bakıda polis əməliyyatlar keçirib - 12 nəfər saxlanılıb – VİDEO





A+  A-

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən XezerNews.az-a verilən məlumata görə, son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı rayonun müxtəlif yerlərində, xüsusən də “Montin”, “Keşlə bazarı” kimi tanınan ərazilərdə qeyd olunan hüquqazidd əməlləri törədən 12 nəfər saxlanılıb.

Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Yusif Əliyev tutulub. Onun üzərindən narkotik vasitə olan heroin aşkar edilib. Araşdırmalar zamanı həmin şəxs narkotik vasitələri Nərimanov rayonu Əliyar Əliyev küçəsində yaşayan Rəşad İsgəndərov və İntiqam Əliyevdən aldığını bildirib. Adları çəkilən həmin şəxslər də qısa zamanda saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Onların üzərində və yaşadıqları evlərdə axtarış aparılan zaman külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə, elektron tərəzilər aşkar edilərək götürülüb. İntiqam Əliyev və Rəşad İsgəndərov ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını deyiblər.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər – Hikmət Musayev, Zaur Əzizov, Manaf Soltanov, Rəşad Qasımov, Ülvi Rəhimli, Orxan İbrahimov, Ruslan Qədimalıyev, Ruhiyyə Əzizova və Xəyal Seyidov tutulublar.

Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış və şəxsi istifadə məqsədi üçün əldə etdikləri külli miqdarda heroin, marixuana, metamfetamin və elektron tərəzilər aşkar edilib.

Bu şəxslər izahatlarında Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Təqdim edilən faktların hər biri ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.




Xəbər 2276 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +