Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


23.09.2018  13:11 

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?





A+  A-

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəməsində dollarla götürülən kreditlər üzrə qərar açıqlanıb. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyi və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyü nəzərə alınaraq, məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz qərarı verilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Qərarı XəzərNews.az-a şərh edən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, son vaxtlar problemli kreditlərin həcmində artım qeydə alınıb:

“Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 782,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, bu, iyulun 1-i ilə müqayisədə 2,1% çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 9,55% artıb. İyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edib. Bu nisbət iyunun sonuna 14,4%, ötən il iyulun sonuna isə 14,1% təşkil edib”.

V. Bayramovun sözlərinə görə, Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 422-ci maddəsini şərh edən qərarından sonra xarici valyutada götürülmüş kreditlər ödəniş edilən günə olan kursla ödənilməlidir:

“Yəni bank güzəşt tətbiq etməyibsə, hansı məzənnə ilə kredit götürülməsindən asılı olmayaraq, borc sahibləri indiki məzənnə ilə ödəniş etməlidir. Bu isə o deməkdir ki, dollar keditləri üzrə müqavilə şərtlərinin dəyişdirilməsi yalnız bank ilə müştərinin birgə razılığı nəticəsində mümkündür. Hesab edirəm ki, kommersiya bankları əhalinin vəziyyətini, həm də öz durumlarını müsbətə doğru dəyişmək üçün öz müştərilərin güzəşt etməldirlər. Bu da yalnız bankla müştəri arasında əldə olunmuş razılığa əsasən icra oluna bilər. Çünki əksər insanlar hələ də müəyyən güzəştlərin ediləcəyi ümidilə gözləmə mövqeyi tutub. Əks halda problemli kreditlərdən qurtuluş olmayacaq”.

Xəbər 2067 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +