Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


13.12.2017  13:43 

Maşın bazarında qiymətlər qalxacaq...





A+  A-

2018-ci ildə avtomobillərin qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb. Təəccüblüdür, əhalinin dolanışıq səviyyəsinin aşağı düşməsi fonunda avtomobil bazarında da alıcılıq qabiliyyəti azalırsa, qiymətlər niyə qalxmalıdır?
Bəs əslində vəziyyət necə olacaq?

XəzərNews.az məlumat verir ki, məsələ ilə bağlı əmlak bazarı üzrə ekspert, marketoloq Vaqif Hüseynov Modern.az-a açıqlama verib. O da bildirib ki, 2018-ci ildə avtomobillərin qiymətində artım müşahidə ediləcək:

“Hazırda avtomobil bazarında durğunluq müşahidə edilir, vəziyyət qeyri-stabildir. Adətən hər il bu dövrdə belə hallar yaşanır. Çünki ilin sonuna doğru şirkətlər, eyni zamanda vətəndaşlar ili yekunlaşdırırlar. Bilirsiniz, insanlar ailə büdcələrinə nəzarət etmək məcburiyyətindədirlər. Digər tərəfdən, bazarda pay bölgüsü var. Bir qismi şirkətlərin aldığı maşınlar, digər qismi isə fərdi adamların aldığı maşınlardır. Şirkətlər də öz korporativ maşın alqısını dayandırırlar. Çünki ilin sonu olduğu üçün hesabatlar təqdim edilməsi, fərdi şəxslərin bayramla əlaqəli istirahatə yollaması olur. Bu da nəticə olaraq bazarda durğunluğun yaranmasına gətirib çıxarır.

Yanvar ayının təxminən 10-dan başlayaraq yeni planlar, məqsədlər müəyyən edilir. Sözsüz ki, bu, əmlak bazarına da təsirsiz ötüşmür. Budəfəki məsələ isə sırf aksizlərlə bağlıdır. Gömrük rüsumlarının artacağı əvvəlcədən elan olunduğu üçün faktiki olaraq ölkəyə idxal olunan avtomobillərin qiymətində dəyişiklik müşahidə ediləcək”.

V.Hüseynov xüsusilə 15 min manata qədər olan avtomobillərin qiymətlərində artım olacağını qeyd edib:

“Bilirsiniz, Azərbaycan avtomobil istehsalçısı deyil, avtomobil bazarında idxalçı ölkədir. Ona görə də bu, avtomobil bazarına ciddi şəkildə təsir edəcək. Əsasən də nəzərə alsaq ki, son bir ildə Azərbaycan taksi bazarında canlanma var. Artıq demək olar ki, hər 10 nəfərdən 5-i taksi sürür. Müxtəlif taksi şirkətlərinə, onların mobil tətbiqetmələrinə qoşularaq daha rahat taksi fəaliyyəti ilə məşğul olurlar. Taksilərə lisenziyanın verilmə prosesi sadələşəndən sonra hamı taksi sürür və bu özü də müəyyən mənada bazarda avtomobil satışını artırır. Təbii olaraq avtomatik olaraq satış qiymətləri də qalxır. Bunun fonunda proqnozlaşdıra bilirik ki, 15 min manata qədər olan avtomobillərin qiymətlərində artım müşahidə olunacaq. Çünki 15 min manata qədər olan avtomobillər əsasən taksi fəaliyyəti üçün nəzərdə tutulduğundan burada artımın olması mümkündür”.

Müsahibimizin sözlərinə görə, qiymətlərdəki keçidlər kəskin baş verəcək:

“Əgər ölkə dövlət “görünməz əl” prinsipi ilə müəyyən mexanizmlər tətbiq etsə və yumşaq keçidi təmin etməkdə maraqlı olsa, ola bilər ki, avtomobillərin qiymət artımı tədricən olsun. Amma təcrübələr göstərir ki, hər zaman qiymətlərdəki keçidlər kəskin baş verir. Bu baxımdan avtomabillərin qiymətində təxminən 10-15 faizə qədər artım müşahidə edilə bilər”.

Xəbər 1939 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +