Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


25.10.2017  13:09 

“Bu ginekoloqlar işdən çıxarılacaq, həkimlik adı əlindən alınacaq“





A+  A-

"Azərbaycanda selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində öz əksini tapıb.

Deputatın sözlərinə görə, son illər selektiv abortların sayı əvvəlki illərlə müqayisədə azalsa da, hələdə dölün cinsinə görə abort hallarına rast gəlinir. M.Quliyev deyir ki, dölün ana bətnində cinsinə görə məhv edilməsi, doğulan qız uşaqları ilə oğlanlar arasında balansın pozulmasına gətirib çıxardır. Deputat selektiv abortların qarşısının alınmasının yalnız inzibati, hüquqi qaydada qadağalarla aradan qaldırılmasının mümkünsüz olduğunu bildirib: "Burada mədəniyyətin yüksəlməsi, maarifləndirmənin artması,təbliğatın aparılması çox vacibdir. Cəmiyyətdə bu istiqamətdə ciddi marifləndirmə işləri aparılmalıdır. Çünki, həkimi də selektiv aborta məcbur edən valideynlərdir. Valideynlər arasında maarifləndirmə işi genişləndirilməlidir ki, gəlib həkimləri bu işə sövq etməsinlər. Digər bir yol isə selektiv abort edən həkimlərin cəzalandırılması məsələsidir. Düşünürük ki, selektiv abort edən ginekoloqların həkimlik adından , həkimlik peşəsindən məhrum edilməsi onlar üçün ən böyük cəzadır. Ona görə də, selektiv aborta yol verən ginekoloqların həkimlik adından məhrum edilməsi məsələsini "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinə salmışıq. İnanmırıq ki, hansısa həkim illərlə çəkdiyi zəhməti riskə atıb bu cür qanunsuz əmələ cəhd edə. Yəqin ki, ilin sonunadək bu qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Deputat onu da əlavə edib ki, qanun layihəsində selektiv abortlarla bağlı qadağalar xarici ekspertlərin də təəccübünə səbəb olub: "Avropa ölkələrində ümumiyyətlə doğulacaq uşağın oğlan və ya qız olacağını düşünmürlər. Ona görə də, bizdə dölün cinsinə görə ana bətnində məhv edilməsi onlarda təəccüb doğurur”.


Xəbər 2616 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +