Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


30.06.2017  16:32 

“Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalı ilə təltif edildilər - ADLAR





A+  A-

Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri 28 iyun Ukraynanın Konstitusiya Günü münasibəti ilə “Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalı ilə təltif ediliblər.
XəzərNews.az xəbər verir ki, təltif olunanların böyük əksəriyyəti Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) fəallarıdır.
UABD sədri Hikmət Cavadov, sədrin birinci müavini Murad Cəfərovla yanaşı diaspor təşkilatının daha 17 fəalı “Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalı ilə təltif ediliblər. Onların arasında UABD-nin vilayət rəhbərləri də var: Həbib Əkbər oğlu Həsənli, Rac Müzəffər oğlu Qasımov, Əli-İsa Umud oğlu Dəmirov, Ceyhun İsmayıl oğlu Məmmədov, Mətləb İlqar oğlu Mustafayev, Şakir Yəhya Yəhyayev, Məmməd Mansuroviç Bağırov, Dmitro Viktoroviç Kulibaba, Vüsal Əhməd oğlu Allahverdiyev, Elşad Rafiq oğlu İbrahimov, Arif Cəmil oğlu Quliyev, Vidadi Şəhriyar oğlu İsrafilov, Fail Nazir oğlu Abidov, Eyvaz Cəmil oğlu Quliyev, Əlimərdan Nəriman oğlu Kərimov, Ələddin Aydın oğlu Məhərrəmov, Məcid Nuxu oğlu Nuxiyev.
Azərbaycan diasporunu fəalları “Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalına Ukrayna ərazi bütövlüyü və Milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə təltif olunublar.
Bildirilir ki, Ukrayna tarixində ilk dəfədir çoxlu sayda soydaşımız Ümumukrayna statuslu xüsusi təltifə layiq görülüblər.
Qeyd edək ki, UABD fəalları ilə yanaşı Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri, professor Fərhad Turanlı, Dnepropetrovsk Azərbaycanlıları İctimai Birliyinin sədri Firuz İbrahimov, sədr müavini Eldar Tağıyev, Ukrayna Parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Cemilev (Kırımoğlu), Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin sədri Sergey Qnatyuk, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmməd oğlu Gülməmmədov, Ukrayna Qaqauzları İttifaqının sədri Vasil Kelioqlo “Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif olunublar.
Həmçinin, Ukraynanın “Kraina” ÜUB-nin sədri O.M.Sopovun əmri ilə
Azərbaycan Respublikası vətəndaşları - Azərbaycan Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Prezidenti Səbuhi Abbasov Ukrayna həqiqətlərinin işıqlandırılmasında, Ukraynada yaşayan azərbaycanlıların və digər türkdilli xalqların Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda mübarizəsinə informasiya dəstəyi verdiklərinə görə “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif ediliblər.

Xəbər 3180 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +