ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir


07.03.2025  14:02 

Ruben Vardanyan azərbaycanlılara təşəkkür etdi: “Sülhə çağırıram”





A+  A-

Bakıda 500 gündən çox həbsdən sonra Dağlıq Qarabağın keçmiş dövlət naziri Ruben Vardanyan Cənubi Qafqazda həqiqi birgəyaşayış üçün zəmin yaradaraq, ləyaqətə söykənən fundamental bəşəri dəyərlərə əsaslanan sülhün tərəfdarıdır. “Public Radio of Armenia” da gedən xəbərdə belə deyilir.

Həmin xəbərin davamını təqdim edirik: “Vardanyan ailəsi vasitəsilə Bakı təcridxanasından audiomüraciət göndərərək telefon danışığının lentə alınmasını və ictimaiyyətə çatdırılmasını xahiş edib. O, “həqiqi, sabit, uzunmüddətli sülhə – təkcə kağız üzərində deyil, davamlı və bütün insanlar tərəfindən riayət olunan sülhə” - çağırır.

Vardanyan dəstəyə görə hər kəsə təşəkkür edir, səhhəti barədə danışır, yaxınlarından üzr istəyir.

O, keçdiyi yoldan söhbət açır, aclıq aksiyasının məhkəməyə etiraz olduğunu bildirir, hüquqi prosesin qanun çərçivəsində aparılmasını tələb edir.

Ruben Vardanyan məhkəməni bütün ermənilərə qarşı iş kimi səciyyələndirir və xəbərdarlıq edir ki, Azərbaycan bununla dayanmayacaq.

O, incitdiyi hər kəsdən bağışlanmasını arzulayır və Dağlıq Qarabağda edə bilmədiklərinə görə üzr istəyir.

Vardanyan Artsax xalqına minnətdarlığını bildirir və regionda əldə olunan nailiyyətləri etiraf edir.

O, insanları pisliyi yaymamağa çağırır. Bunun iğtişaşlara və millətlərarası qarşıdurmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edir. O, həmçinin bəzi azərbaycanlılara humanist rəftarlarına görə təşəkkür edir.

Vardanyan davamlı sülhün bərqərar olacağına və Ermənistanda millətin gələcəyini düşünən elitanın meydana çıxacağına ümid etdiyini bildirib.

Vardanyan erməniləri müsbət dəyərlərə sadiq olmağa çağırır, özü ilə barışdığı üçün həbsxanada da xoşbəxt olduğunu bildirir və hər kəsi ümidsizliyə qapılmaqdan çəkindirir, bunu ən böyük günah adlandırır”.

Bugünlərdə Bakıda keçirilən məhkəmədə Ruben Vardanyanın WhatsApp yazışmalrı gündəmə gəldi. Onun terrorçu dəstlərlə əlaqələri üzə çıxdı. Əminliklə demək olar ki, məhz bu amil Ruben Vardanyanı yenidən humanizmə tərəf yönləndirdi. Sülhə çağırış etməyə əsas yaratdı. Ruben Vardanyan başa düşdü ki, vəziyyət son dərəcə acınacaqlıdır. Ancaq bu vəziyyətdən uduşla da çıxmaq olar. Bunun üçün isə rəsmi bakı ilə bəribaşdan anlaşmaq lazımdır...

Elbəyi Həsənli
Sürix

https://en.armradio.am/2025/03/07/from-his-prison-cell-8n-baku-ruben-vardanyan-calls-for-true-and-lasting-peace/
en.armradio.am

Xəbər 964 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +