Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


24.01.2025  18:48 

Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları OVLAYIBLAR?





A+  A-

Xarici turistlər Biləsuvar-Sabirabad rayonları ərazisində “Qırmızı Kitab”a düşmüş bəzgək quşlarını ovlayır.

XəzərNews.az xəbər verir ki, bununla bağlı “Ekofront” Hərəkatı görüntülər yayıb.

Qeyd edilir ki, Biləsuvar və Sabirabad ərazisində ova gəlmiş ərəblər bəzgək ovuna çıxıb.
Bu kadrları çəkən “Ekofornt” könüllülərinə qarşı bələdçi təzyiq edib. “Ekofront” bildirir ki, ərəb ovçu qruplarının Azərbaycan gəlişi davam edir.

Ərəb turistlərin bir hissəsi Salyan ərazisində “Kür hotel” də qalır. Bundan başqa Şirvandan, Biləsuvardan və Şəmkirdən qyri-qanuni ovlanma ilə bağlı xəbərlər gəlir.
Bundan əvvəl ərəb turistlərin Şəmkir rayonu ərazisində “Qırmızı kitab”a düşən bəzgək ovlaması barədə məlumat yayılmışdı.

Xəbərdə deyilir ki, 11 avtomoblidən ibarət ovçu karvanı hazırda Şəmkir ərazisindədirlər.
Bəzgək Gruiformes dəstəsindən bir quş növüdür. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var.
Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.

XX əsrin birinci yarısında Kür-Araz ovalığında bəzi sürülərində 20 minə qədər quş olub. Azərbaycanda bəzi illərdə 40-50 min bəzgək ovlanıb, 1990-cı illərə qədər bəzgəyin sayı kəskin azalıb. Yuvalayan populyasiyası məhv edilib. Kür-Araz ovalığında 1989-cu ilin qışında Kürdəmir rayonu ərazisində 200, Biləsuvar rayonunda 150, Şirvan qoruğunda 200 bəzgək qeydə alınıb.

Ovlanması qadağandır. Qızılağac, Türyançay, Samux və Körçay Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkları bəzgəyin qışlaması üçün yararlıdır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CİTES və Bern konvensiyalarına daxil edilib./Bakupost

Xəbər 3821 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +