Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


06.10.2020  10:54 

Etirazçılar Bişkekin yeni merini təyin etdilər





A+  A-

Qırğızıstanda parlament seçkilərinin nəticələrinə etiraz edənlər Bişkekin yeni merini təyin ediblər.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Bişkek meriyası məlumat yayıb.

Paytaxt merinin müşaviri Əziz Surakmatov Güli Almambetovanın sözlərinə görə, müxalifət partiyalarının 30-a yaxın nümayəndəsi meriyanın binasını ələ keçirib, ancaq hələ ki, heç bir tələb irəli sürməyiblər. Meriya binasında jurnalistlərin birinə seçkilərdə məğlub olmuş Respublika Partiyasından millət vəkilliyinə namizəd Jooşbek Koenaliyevin “Bişkekin xalq meri” olduğuna dair bəyanat verilib. Onun yeni mer təyin edilənədək bu vəzifəni icra edəcəyi bildirilib.

Qeyd edək ki, daha əvvəl etirazçılar Qırğızıstan parlamenti və Prezident Administrasiyasının yerləşdiyi “Ağ Ev”ə girmişdilər. Polis əməkdaşları ilə iki saat davam edən qarşıdurmadan sonra etirazçılar binanın yaxınlığındakı hasarlanmış əraziyə girməyə müvəffəq olublar. Daha sonra etirazçılardan bəziləri Milli Təhlükəsizlik Dövlət Komitəsi istintaq təcridxanasının binasına daxil olaraq 2019-cu ilin avqust ayında həbs olunan keçmiş Prezident Almazbek Atambayevi və Qırğızıstanın keçmiş Baş Naziri Sapar İsakovu təcridxanadan sərbəst buraxıblar.



Xəbər 2351 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +