Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


16.04.2020  15:52 

Karantin rejimini pozan “jurnalist” həbs olundu





A+  A-

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, jurnalist olduğunu, çəkiliş etmək məqsədilə çölə çıxdığını bildirib.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, ondan vəsiqə tələb olunduqda heç bir sənəd təqdim edə bilməyib və planşetlə yoxlanılarkən “8103” SMS icazə sistemindən də icazəsinin olmadığı məlum olub.

Özünü reportyor kimi qələmə verən həmin şəxs Polis Şöbəsinə dəvət edilib. Onun əvvəllər xəbər saytlarından birinin müxbiri işləyən, ancaq sonradan işdən kənarlaşdırılan və hazırda heç bir media orqanının əməkdaşı olmayan Şirvan şəhər sakini Mirsahib Səmədov olduğu müəyyən edilib.

M.Səmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati həbs olunub.

Xəbər 1515 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +