Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.05.2018  12:05 

“Ali məktəblərə qəbul planı artırılıb“ - Məleykə Abbaszadə





A+  A-

2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə təxminən 2303 yer (5,37 %) artıb.
XəzərNews.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, yeni tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılıb.

M.Abbaszadə bildirib ki, ixtisas qrupları üzrə artım müxtəlifdir. I ixtisas qrupunda plan yerlərinin sayı 4 %, II qrupda 3,5 %, III qrupda 9 %, V qrupda isə 8 % artıb.

Qəbul planında dövlət sifarişli yerlər üzrə plan yerlərinin sayında 1,3 % artım olub. Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir:

"Artmanın olması o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin sayı 26 % azalıb. Müəyyən universitetlərdə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb, müəyyən universitetlərdə isə azalıb".

M.Abbaszadə əlavə edib ki, 2017-2018-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı bu yaxınlarda "Abituriyent 4" jurnalında dərc olunacaq.

DİM Direktorlar Şurasının sədri qeyd edib ki, 2018-2019-cu tədris ili üzrə 9 illik bazadan kolleclərə qəbul planı 5 % (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21 % artıb.

M.Abbaszadə deyib ki, 11 illik bazadan kolleclərə qəbul üçün 9 687 plan yeri ayrılıb: "Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb".

Xəbər 1141 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +