Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


08.11.2017  16:32 

Arda Turan “Qalatasaray”a qayıdır





A+  A-

“Barselona”nın futbolçusu Arda Turan karyerasını “Qalatasaray”da davam etdirə bilər.
XəzərNews.az xəbər verir ki, "cim bom" Kataloniya təmsilçisində heyətə düşə bilməyən və özünü xoşbəxt hiss etməyən təcrübəli yarımmüdafiəçini heyətə cəlb etmək üçün fəaliyyətə başlayıb. Türkiyə millisinin kapitanının transferi ilə bağlı "Barselona" ilə razılıq əldə edilib.

Razılaşmaya əsasən Arda 1,5 il müddətində icarə əsasında "Qalatasaray"da çıxış edəcək. İcarə müddəti başa çatdıqdan sonra İstanbul nəhəngi futbolçunu birdəfəlik transfer etmək hüququna da malik olacaq.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Arda 2004-2011-ci illərdə "sarı-qırmızılar"ın şərəfini qoruyub. Daha sonra Madrid "Atletiko"suna transfer olan 30 yaşlı yarımmüdafiəçi, 2015-ci ildən "Barselona"da çıxış edir.

Xəbər 1791 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +