Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


24.08.2017  10:02 

Flora Kərimovadan Zeynəb Xanlarovaya yenə sərt SÖZLƏR





A+  A-

Zaman-zaman mətbuatda sənətkarlar arasında müəyyən söz-söhbətlər yarandığının, hətta düşmən səviyyəsinə çatdıqlarının şahidi olmuşuq. Xalq artistləri Flora Kərimova və Zeynəb Xanlarova da həmin sənətkarlardandır.
"Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”.

Bu sözləri bir müddət bundan qabaq Flora Kərimova bildirmişdi. Buna baxmayaraq Z.Xanlarovanın barışmaq üçün addım atdığını deyənlər də var.

Maraqlıdır, xalq artistləri aradakı buzları əridə bilibmi? Doğurdanmı barışığa imza atılıb?

XəzərNews.az-ın məlumatına görə, F.Kərimova bununla bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, Zeynəb Xanlarova və ya başqaları tərəfindən barışmaq üçün irəli sürülən təşəbbüslərdən xəbərdar deyil:

“Zeynəb Xanlarova mənim üçün heçdir, yoxdur. Ona görə də onunla bağlı nə varsa, məni maraqlandırmır. O heç vaxt mənə düşmən ola bilməz. Heç o qüdrətdə də deyil. Haralara yazır yazsın, ya da harada səsimi batırmaq istəyirsə istəsin, bir varlıq kimi Zeynəb Xanlarovanın mənə gücü çatmaz. O indiyə qədər mənə sataşdı və cavabını da aldı. Bundan sonra Allahın yanına qalxsa da, mənimlə bacarmayacaq”.

Xəbər 1569 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +