Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


28.11.2019  09:57 

“Sürüşmə zonalarında şam ağacları əkmək mənasızdır”





A+  A-

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar bir sıra fəsadlar yaradıb. Belə ki, ardıcıl yağan yağışlar nəticəsində Bakı-Salyan yolunun Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi qeydə alınıb.
Bu cür hallarda ortaya belə bir sual çıxır: Sürüşmənin qarşısını almaq üçün sürüşmə ehtimalı olan ərazilərdə hansı ağaclar əkilməlidir və əkilir?

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Ekoloji Proqnazlışdırma Mərkəzinin rəhbəri Telman Zeynalov şəhərdə yaşıllaşdırmada ən çox şam, qovaq ağaclarının əkildiyini bildirib:

“Bütün ağaclar sürüşməyə qarşı davamlıdır. Birincisi onu müəyyən etmək lazımdır ki, hansı ərazilərdə sürüşmə təhlükəsi var. Ərazi müəyyən edildikdən sonra Azərbaycana məxsus ağaclar məsələn, Eldar şamı əkiləndə sürüşmənin qarşısı kəsilir. Ümumiyyətlə düzgün tədbirlər görüləcəyi təqdirdə ağacların əksəriyyəti sürüşməyə qarşı davamlı ola bilir”.

Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov sürüşməyə davamlı uzunsaplaq palıd, saqqızağacı, ardıc, dağdağan kimi ağacların Azərbaycan təbiətində geniş yayıldığını bildirib:

“Ağac torpağın su rejimini tənzimlədiyi üçün ona sadəcə yaşıllıq kimi yox, ekosistemin bir parçası kimi baxmaq lazımdır. Bəzən deyilir ki, sürüşmə çox dərindədir, ağac onu saxlaya bilərmi? Ağac torpağın süxurlardakı suyunu tənzimləyir və onu toplanmağa qoymur. Yəni bu mənada Azərbaycan təbiətində kifayət qədər belə ağaclar var. Lakin yaşıllaşdırma zamanı, ümumi şəhərdə əkilməsi mümkün olan ağaclar adlarını sadaladıqlarımdır. Adını çəkdiyim ağaclardan saqqızağacı 7 ilə böyüyür, amma səbirli olmaq lazımdır ki, görülən işin də nəticəsi olsun. Yoxsa ki, görüntü xatirə sürüşmə təhlükəli ərazilərdə şam ağacları əkmək mənasızdır”.

Xəbər 1937 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +