Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


01.10.2022  09:48 

Oktyabrın havası necə olacaq?





A+  A-

Oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir, adətən tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir.

XəzərNews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva AZƏRTAC-a bildirib ki, Bakıda havanın temperaturu orta hesabla gecələr 13-15 dərəcə, gündüzlər 19-21 dərəcə olub. Lakin son 22 ildə oktyabr ayında havanın ən yüksək maksimal temperaturu 2012-ci ildə Abşeron yarımadasında 35,1 dərəcə isti qeydə alınıb: “2001-ci il isə əksinə havanın temperaturu ən aşağı göstəriciyədək enib və qış üçün səciyyəvi temperatur olan 3,4 dərəcə isti qeydə alınıb. Həmin göstəricilər oktyabr ayında havanın çox dəyişkən olmayacağından xəbəbr verir”.

Xatırladaq ki, xidmət rəisi bu ilin oktyabr ayının ilk günlərində hava şəraitinin mülayim keçəcəyinin gözlənildiyini söyləyib. Temperatur göstəriciləri əhali üçün komfort sayılan diapazonda, Bakıda 26-28, Aran bölgələrində isə 33 dərəcəyədək isti olacaq, mülayim şərq küləyi əsəcək, oktyabrın 3-də küləyin sürətinin gündüz arabir 15-17 metr/saniyə olacağı gözlənilir.

Daim yenilənən hava haqında məlumatları “meteo.az” saytından əldə etmək mümkündür.

Xəbər 2852 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +