Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


21.06.2023  11:52 

Polisin döydüyü şəhid anası olub?





A+  A-

“Bizim kənddə bir göl qurulub. Elə yer var ki, kəndlə 10 metr məsafəsi var. İkinci göl qurulsa, bizim örüş sahəmiz zəbt olunacaq, yaşamağımız mümkün olmayacaq”.

XəzərNews.az xəbər verir ki, bunu Gədəbəyin Söyüdlü kənd sakini Sürəyya Əliyeva “Amerikanın səsi”nə deyib.

O, dünənki hadisələr zamanı saxlanılanların da olduğunu bildirib:

“Biz də mane olmağa getdik. Polislər bizə qarşı gözümüzü yandıran şey atdılar (gözyaşardıcı qaz – red.), rezin (rezin güllə – red.) atdılar, yaralananlar oldu, xəsarət aldılar, bir gəlini döydülər, videosunu çəkmişik. Üzü-gözü, bədəni şişdir. Neçə nəfər özündən getdi, təcili tibbi yardım gəldi, yardım göstərildi. Hardasa 6 nəfəri də aparıb polisə salıblar. 75 yaşlı bir kişini də tutmuşdular, buraxıblar. Şəhid anasını döydülər. İki körpə uşaq anasını döydürdülər, xəsarət alıb. Bəhman müəllim özü yanında durdu, şəhid anasını da, uşaqların anasını da döydürdü. Hardasa, 10 nəfər xəsarət alıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə daha öncə Gədəbəy rayonunun Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları arasında insidentin yaşandığını əks etdirən kadrlar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, ötən gün – iyunun 19-da günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb.

Daha sonra hadisə yerindən yeni görüntülər yayılıb. Yayılan görüntülərdə polis əməkdaşlarından birinin ərazini tərk edən yaşlı qadının üzünə gözyaşardıcı qaz sıxdığı müşahidə olunur. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar bir qrup əməkdaş Gədəbəy rayonuna ezam olunub:

“Həmin fakt üzrə xidməti yoxlama aparılır. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir”.

Xəbər 1238 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +