Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


27.06.2018  09:05 

Bu adam atılan güllələri sayır - VİDEO





A+  A-

Tovuz sakini 1994-cü ildən bəri Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edir. Kənd sakininin bu maraqlı məşğuliyyəti onun dəftərinə baxanların böyük marağına səbəb olur.
XəzərNews.az Xezerxeber.az-a istinadən bildirir ki, 24 ildir düşmənin atəşkəsi pozmasının tarixini və saatını qeyd etmək Tovuz sakininin gündəlik məşğuliyyətinə çevrilib.

Rayonun Əlibəyli kənd sakini 80 yaşlı Paşa Həsənov 1994-cü ildən bəri Ermənistan ordusu tərəfindən kənd istiqamətində atılan güllələrin sayının, atəşin hansı mövqedən açıldığının və atəşkəsin pozulma vaxtlarının qeydiyyatını aparır. O, atəşin nə qədər davam etdiyini izləyərək müvafiq qeydlər edib. Paşa Həsənov inanır ki, bu qeydlər nə vaxtsa lazım olacaq.

Günün hansı saatında olursa-olsun, Ermənistan tərəfindən atəş açılan kimi dəftər-qələmini də götürüb həyətə çıxır, düşmənin təxribatını izləyir və bütün bunları gündəliyinə köçürür. Paşa Həsənov işğalçı dövlətin hansı silahlardan istifadə etdiyini müəyyənləşdirə bilir və bütün bunları qeydiyyat apararkən nəzərə alır.

Köhnə döyüşçü və şəhid atası olan Paşa Həsənovun silahların taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələd olması ona düşmənin açdığı hər bir atəşin təfərrüatlı qeydiyyatını aparmağa imkan verir.

Paşa Həsənov atəşkəsdən sonra Əlibəylidə düşmən gülləsindən ölən və yaralanan dinc sakinlərin də adlarını gündəliyinə qeyd edib.


Xəbər 1142 dəfə oxunub.





25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +