Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


20.01.2018  12:32 

Enerji içkiləri ürəyi dayandıra bilər - XƏBƏRDARLIQ





A+  A-

"Enerji içkilərinin uzun müddət qəbul edilməsi birmənalı şəkildə ziyandır. Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxara bilər”.
XəzərNews.az-ın məlumatına görə, bunu Azvision.az-a açıqlamasında tanınmış həkim Adil Qeybulla deyib. O, bildirib ki, enerji içkilərinin uşaqlar tərəfindən istifadəçi olduqca təhlükəlidir, valideynlər bu məsələdə diqqətli olsunlar.

"Təəssüflər olsun ki, bəzən məktəblərin yaxınlığında olan mağazalarda enerji içkilərinin satılmasına nəzarət olunmur. Buna diqqətli olmaq lazımdır. Uşaqlar valideynlərindən xəbərsiz həmin içkilərdən istifadə edirlər. Bundan başqa insanlara məlumat vermək lazımdır ki, bu içkilər ziyanlıdır, mümkün qədər istifadə etməsinlər. Əfsuslar olsun ki, bəzən korporativ maraqlar üstün gəlir”.

A.Qeybulla qeyd edib ki, problemin həlli yolu ərzaq və dərman təhlükəsizliyi konsepsiyasının yaradılmasındadır.

"Bu, milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. İstər dərman preparatlarının, istərsə də qida məhsullarının istehlak qaydaları vətəndaşlara izah edilməlidir. Bu, çox vacib məsələdir. Enerji içkilərin ziyanlı olması ilə bağlı məsələnin qaldırılması mütləqdir və mən bunu dəstəkləyirəm. Vətəndaşlar mümkün qədər belə içkilərdən istifadə etməsinlər, bunun təhlükəli olduğunu dərk etsinlər”.

Xəbər 1782 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +