Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


16.02.2024  11:36 

3 milyonluq dələduzluğa görə həbs edildi





A+  A-

Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran şəxslər saxlanılıblar.

Xəzərnews.az DİN Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə Bakı sakini Könül Müzəffərova saxlanılıb.

Onun tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə həmin şəxslərin etibarından sui-istifadəetmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 000 (əlli beş min) manat pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə Xaçmaz rayon sakini Ceyhun Əsgərov saxlanılıb. Onun bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirməsinə və ümumilikdə 3 milyon manatdan artıq zərər vurmasına şübhələr müəyyən edilib.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbər 1148 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +