“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


07.06.2023  17:38 

“Qaçqınkom”da maliyyə pozuntuları... - Açıqlama





A+  A-

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Hesablama Palatasının qurumda apardığı auditin nəticələrinə münasibət bildirib.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, bu il Hesablama Palatası tərəfindən aparılan və 2020-2022-ci illəri əhatə edən audit nəticəsində büdcə vəsaitindən düzgün istifadə edilməməsi ilə bağlı müəyyənləşən hallar, əsasən, məcburi köçkünlərə verilən vahid aylıq müavinətlə bağlıdır.

Qeyd olunub ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda ilə tənzimlənir: “Audit həmin Qayda ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığını, müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmadığını müəyyənləşdirib.

Audit rəyində istifadəsi düzgün sayılmayan məbləğin əsas hissəsini, yəni 70,6 faizini (14,2 mln manat) sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, 22,4 faizini (4,5 mln manatı) isə dövlət qulluğunun xüsusi növündə xidmət etdikləri dövrdə məcburi köçkünlük statusuna malik şəxslərə ödənilmiş vahid aylıq müavinət təşkil edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zaman vahid aylıq müavinət almış məcburi köçkünlərin 49,4 faizi (7338 nəfər) 2020-2022-ci illərdə müxtəlif vaxtlarda sahibkarlıq fəaliyyətini dayandırıb, dövlət qulluğunun xüsusi növündə xidmət edən və həmin dövrdə müavinət alan məcburi köçkünlərin isə, ilkin məlumatlar əsasında, 53,6 faizinin (1579 nəfər) 2020-2022-ci illərdə müvafiq vaxtlarda dövlət qulluğunun xüsusi növündə xidməti fəaliyyətinə xitam verilib.

Hər iki hal, mövcud qaydalara uyğun olaraq, cari dövrdə həmin şəxslərin vahid aylıq müavinət almaq hüququnun bərpa edilməsi ilə nəticələnib. Məlumat üçün bildiririk ki, məcburi köçkünlərə verilən vahid aylıq müavinətin ödənişinin operativliyini təmin etmək və bu sahədə idarəetməninin optimallaşdırılması məqsədilə 2022-ci ildə “Elektron hökumət” portalında müvafiq informasiya sistemi yaradılıb. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar kimi məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan vəsaitlərdən səmərəli istifadə edilməsi, bu sahədə fəaliyyətin optimallaşdırılması, effektivliyinin artırılması komitənin əsas vəzifələrindəndir və vahid aylıq müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınması barədə auditin tövsiyələri bundan sonra da yerinə yetiriləcək”.

Xəbər 1237 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +