“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


07.06.2023  13:37 

Polis Bəxtiyar Hacıyevin avtomobilindən nə götürüb?





A+  A-

Bəxtiyar Hacıyevin dostu Rail Abbasov iyunun 6-da Bakı şəhər Baş Polis İdarəsində istintaq tərəfindən saatlarla dindirldikdən sonra yerli vaxtla saat 22:30-da sərbəst buraxılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə “Turan”a onun özü məlumat verib.

“Səhər saat 8-də evimizdə, mənim və bizim həyətdə dayanmış Bəxtiyarın avtomobilində axtarış apardılar. Evimdən və avtomobillərdən vaxtı ilə Bəxtiyar Hacıyevlə İkinci Qarabağ Müharibəsi zamanı yardımlarla bağlı qaimələr var idi. Həmin qaimələri və başqa sənədləri götürdülər. Evimdən mənim kompüterimi, ailə üzvlərimin telefonlarının və mənim şəxsi əsənədlərimi götürdülər. Sonra məni Bakı şəhər Baş Polis İdarəsinə apardılar və şahid qismində saat 14-dən saat 22-dək dindirdilər. İstintaqın 40-dək sualına cavab verdim”, - o qeyd edib.

Xatırladaq ki, iyunun 6-da istintaq orqanı Bəxtiyar Hacıyevin Bakıya özünün, Gəncədə atasının, Göygöl şəhərində qardaşının evində və avtomobillərində axtarış aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı “Amerikanın Səsi”nə bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.


Xəbər 1088 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +