Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.04.2023  12:28 

Prezident onları qəbul etdi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XəzərNews.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirilib, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulanıb.

Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd edildi, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.

Görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirilib.

Xəbər 949 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +