Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


06.11.2021  18:13 

Neft - qazla zəngin ölkənin 4 acı, yalavacı… - Foto/Video





A+  A-

Bu fotolardakı “qəhrəmanlarla” bağlı böyük bir yazı yazmaq istəyirdim. Onların yaşayışı, bu yaşayışa dövlətin müvafiq qurumlarının və cəmiyyətin münasibəti və s.

Amma yazmadım….

Bu qeydlərimi də yol gedə-gedə telefonda yazdım.

Bilirsiniz niyə?

Çünki bu fotoların hər biri böyük bir yazıdır. Nə qədər güclü yazsan da, həmin yazıya bər-bəzək vursan da, həyəcan siqanlı çalsan da bu fotoların görüntüsü qədər təsiredici olmayacaq.

Tənha ananın baxımsız 4 övladı…

Neft - qazla zəngin bir ölkənin 4 acı, yalavacı, məktəb, təhsil üzü görməyən 4 yetimi…

Qarabağda şəhid olan 3 minədək şəhidin, yaralanan minlərlə qazinin balaca davamçıları…

Axı onlarda kasıb və imkansız ailələrin qəhramanları idi…

Mən demirəm “müharibədə ancaq kasıbların balaları döyüşüb”. Bu reallıqdır, bu ölkənin acı həqiqətidir…

Niyə və kimə deyim ki?

Bu fotoları həmkarım Rəhman Məlik paylaşmışdı, oxudum, dəhşətə gəldim, dərhal əlaqə saxladım.

Bilirsiniz Rəhman nə dedi? Dedi ki, bunların geyimləri bir yana, bu gün səhər ağacdan dərilmiş çürük heyva yeyiblər…

Cəmi 20 qəpik pulları var imiş, onu da səhər dərmana veriblər, çünki uşaqlarda dəri xəstəliyi yayılıb.

Bu xəstəliyin yaranma səbəbi də uşaqların ana ilə birlikdə dəmir yığmaq üçün zibilliklərdə “eşələnmələrdir”.

Nə etsinlər? Səhəri çürük heyva ilə keçirən bu uşaqlar axşam üçün nə isə etməlidirlər ya, yox?

Bu tip ailələri qorumaq çətindir… Və əslində heç çətin də deyil. Bunun üçün sadəcə ürək və məsuliyyət lazım…

Məsuliyyəti, daha doğrusu statusu, vəzifəsi olan məmurların nəzərinə: Bu ailə Cəlilabadda köhnə və baxımsız bir idarə binasında yaşayır...

N.Niftiyev








Xəbər 2103 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +