İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


19.08.2021  14:49 

“Taliban” “CNN”in çəkiliş qrupuna hücum etdi - Video





A+  A-

Kabildə baş verən hadisələri dünyaya çatdıran “CNN” telekanalının müxbiri Clarissa Ward yenidən gündəmə gəlib.
XəzərNews.az xəbər verir ki, Ward və telekanalın çəkiliş qrupu canlı yayında olarkən “Taliban” yaraqlılarının hücumuna məruz qalıb.

Belə ki, məşhur müxbir Kabil hava limanı ətrafında yaşanan vəziyyəti göstərməyə çalışdığı zaman bir qrup əfqan ona yaxınlaşıb və ölkədən getməklə bağlı məsləhət almaq istəyib. Bu zaman kütləni dağıtmaq istəyən “Taliban” yaraqlıları onlara yaxınlaşıb və havaya atəş açmaq üçün hazırlıq görüb. Hətta Clarissa Warddan üzünü örtməsini də tələb ediblər.

Ward insidentdən sonra “CNN” telekanalına bildirib ki, əli silahlı “Taliban” nümayəndəsi silahını çəkiliş heyətinə tuşlayıb. Bunun ardınca, çəkiliş heyəti həyatlarını təhlükəyə atmamaq üçün hadisə yerindən qaçmalı olub.

Eyni zamanda, “CNN” nümayəndəsi telefonu ilə video çəkərkən iki “Taliban” yaraqlısı silahlarını qaldıraraq hücuma hazır şəkildə müxbirlərə doğru hücum çəkib. O zaman digər bir “Taliban” üzvü hadisəyə müdaxilə edib və çəkiliş qrupunun xəbər vermə hüququnun olduğunu bildirib və yalnız bundan sonra onların getmələrinə icazə verilib.



Xəbər 3229 dəfə oxunub.





22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +