“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


21.06.2019  12:10 

“Multikultural Azərbaycan” (multikultural.az) saytı yaradılır





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsinin icrasına başlayıb.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu yaradılacaq.

“Multikultural Azərbaycan” (multikultural.az) internet resursu mədəni müxtəlifliyin təbliği ilə bağlı aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcək:

- Mədəni müxtəlifliyin təbliği istiqamətində yerli və beynəlxalq statuslu tədbirlər barədə davamlı informasiyalar yayacaq:

- Ümumdünya Mədəniyyətlərarası Forum, Bakı Beynəlxalq Humanitar Forum və “Bakı prosesi” çərçivəsində həyata keçirilən tədbirlər təhlil olunacaq;

- Müxtəlif mədəni qrupların dilləri, mədəniyyətləri, məişətlərinin qorunmasında dövlətin gördüyü işləri ictimailəşdirəcək.

- Multikultural.az internet resursunda Azərbaycanın çoxmillətli ailəsində birgə həyat və fəaliyyətin inkişaf etdirilməsinə çalışılacaq;

- Layihə müddətində və ondan sonrakı dövrdə milli azlıqların mədəniyyətləri hərtərəfli təbliğ olunacaq.

Eyni zamanda müasir informasiya texnologiyaları (internet saytlar) vasitəsilə Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasət təbliğ olunacaq. Bu zaman sabit birgəyaşayış üçün digər xalqların mədəni dəyərlərinə hörmət aşılanacaq. Müstəqillikdən sonra dövlətin bu sahədə gördüyü işlər araşdırılacaq, Mədəniyyət Nazirliyinin mədəni müxtəlifliyin təbliğindəki rolu ictimailəşdiriləcək.

Layihə çərçivəsində həmçinin milli azlıqların informasiya texnologiyalarından istifadə imkanları öyrəniləcək. Azərbaycan mətbuatında multikultural ənənələr araşdırılacaq və saytda yerləşdiriləcək. Həmçinin müstəqillik illərində milli azlıqların yaratdığı yazılı və elektron media resurslarının statistikası aparılacaq, mədəni müxtəlifliyin təbliğindəki rolları öyrəniləcək.

Həmçinin azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərin monitorinqi aparılacaq. Müstəqillik illərində həmin mədəni qruplara sözügedən sahədə göstərilən dövlət dəstəyi araşdırılacaq, monitorinqin nəticələri multikultural.az saytı vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, sentyabrın sonunda “Multikultural Azərbaycan” (multikultural.az) internet resursunun təqdimatı keçiriləcək. Mərasimdə milli azlıqların nümayəndələri, bu sahə ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarının əməkdaşları, jurnalistlər iştirak edəcək.

Xəbər 1300 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +